Fontu böyüt:
Ukrayna Prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Sənədlər sırasında həmçinin Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Azərbaycan tərəfindən sazişi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ukrayna tərəfdən isə bu ölkənin Milli Kosmik Agentliyinin baş direktorunun birinci müavini Valeri Komarov imzalayıblar.