Fontu böyüt:
ABŞ-ın Yol Hərəkətin Təhlükəsizliyi İnstitutu tərəfindən aparılmış “kraş-test”lər nəticəsində cəmi iki avtomobil modeli təhlükəsizliyik üzrə ən yüksək bal alıb.
Xəbərlər.az-ın məlumatına görə, bu modellərdən biri BMW 5-ci seriyanın sedanı olub ki, frontal zərbədən sonra sürücü toxunulmamış qalıb. Zərbə nəticəsində maşının yalnız qabaq hissəsinə zərər dəyib və hətta təkər, sükan sistemi və elektronika sistemi tam işlək vəziyyətdə qalıb. Digər ən təhlükəsiz model isə “Hyundai Sonata” olub. Bu avtomobil də oxşar müsbət nəticə ilə “kraş-test”dən keçib.