Fontu böyüt:
Xeberler.az portalı Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə internetin təhlükəsizliyi Gününə həsr edilən \\dəyirmi masa\\ zamanı deyib. Vəlizadənin sözlərinə görə, hazırda gündəlikdə duran başlıca vəzifə uşaq və yeniyetmələri reallığa keçə biləcək virtual mühitin mənfi təsirindən qorumaqdır. Təəssüf ki, internet bu gün poronoqrafik xarakterli kontentlə doludur.
Bundan bəzən yeniyetmələri istər-istəməz qorumaq olumur, - nazir müavini qeyd edib. \\Bu gün hətta internetə müəyyən sorğunu axtarışa verən zaman nəticələr arzuedilməz olmur. Bundan sadəcə olaraq yetişməkdə olan nəsli qorumaq lazımdır\\, - Vəlizadə bildirib. Azərbaycan \\Kibercinayətkarlıq haqqında\\ konvensiyaya qoşulub. Orada bu növ arzuedilməz insidentlərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.