Fontu böyüt:
StartUp Azərbaycan
Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini
yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq,
innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım
etməkdir.
Təqdim edilən İnternet Layihələrin son məqsədi real İnternet biznesin
qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə
yönəlməli və müştəri cəlb edilməsinə istiqamətlənməlidir. Mümkündür
ki, hansısa mövcud biznes-ideyalar üzrə Layihələr təklif olunsun, belə
halda təklif olunan yeni layihə daha effektiv innovasiyalar üzərində
qurulmalıdır.
Layihələr elmi –tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr
StartUp Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul
edilmir.
Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən
verilə bilər.
StartUp-ların qeydiyyatı 19 Mart tarixdən başlanır və cari ilin May ayının birinci yarısında yekunlaşır. Yarışma 2 mərhələdə həyata
keçirilir. May ayının 2-ci yarısında Yarımfinalçılar müəyyən olunur. Yarımfinalçılar 15 gün müddətində biznes-planları təqdim
edirlər. Qaliblər Yekun təqdimat mərasimində elan olunur. Təqdimat mərasiminin Iyun ayının sonunda
keçirilməsi nəzərdə tutulur.
StartUp Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən StartUp-ların ekspert
qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində
tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla StartUp Azərbaycan
tərəfindən formalaşdırılıb. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci
mərhələdə Yarımfinalçılar müəyyən olunur
və onların təqdim etdikləri biznes-planlar əsasında məhdud sayda
qaliblər müəyyən olunur. Qaliblər investorlar qarşısında öz StartUp-larının
təqdimatlarını edirlər.
Ekspertlər özlərinə aid olan StartUp-ların qiymətləndirilməsində iştirak
etmirlər.
StartUp Azərbaycan komandası Layihənin yekununda uğurlu hesab edilən
qalib StartUp-ları investorlara və digər Fondlara təqdim edir.
StartUp
Azərbaycan yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startupçılar
üçün təlimlər, StartUp Kamp-ları təşkil olunur, investorlarla görüşlər
keçirilir. Yerli və xarici ekspertlərin
dəstəyi ilə StartUp-lara təcrübə
keçmələrinə yardım edir. StartUp-lara komanda formalaşdırmağa
köməklik göstərilir.
StartUp
Azərbaycan Layihəsinə Rabitə və İnformasiya
Texnologiyaları nazirliyi dəstək verir. StartUp Azərbaycan –nın Baş sponsoru
Bakcell şirkətidir.
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az