Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, Özbəkistan və Tacikistanla MTF/STEFI sistemi üzrə poçt pul köçürmələrinə başlanılacaq.
Bu ölkələrin poçt administrasiyaları ilə sazişlər bir neçə il əvvəl imzalansa da, texniki problemlərə görə işlər bir qədər yubanıb.
Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFİ (Secured Transfer of Electronic Financial Information) sisteminə 2004-cü ildən qoşulub.
Təqribən 30-a yaxın dövlətin poçt müdiriyyəti bu sistemə qoşulub. Dünya Poçt İttifaqının məlumatına görə, bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi 48 ölkə arasında həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan MTF/STEFI sistemi üzrə Rusiya, Ukrayna, Moldova, Belarus, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri ilə pul köçürmələrini həyata keçirir.