Fontu böyüt:
Elektron səsvermə Mərkəzi Seçki komissiyasının subyekti deyil və onun heç bir hüquqi qüvvəsi yoxdur. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov noyabrın 7-də elektron səsvermə keçirilməsi ilə bağlı məsələni şərh edərkən bildirib.
Əli Abbasov qeyd edib ki, ölkədə bir sıra saytlar bu və ya digər şəkildə deputatlığa namizədlərlə bağlı sorğular, səsvermə keçirir. “Bunların da hamısı qeyri-rəsmi sorğulardır və heç bir hüquqi əsası yoxdur. Çünki burada kimin və haradan səs verdiyi bilinmir.
Ancaq “Elektron hökumət”dən yararlanan yeni sistemdə hər bir seçicinin identifikasiyası var, həmçinin 125 seçki dairəsinin bütün məntəqələrinə çıxış var”, - deyə nazir vurğulayıb.