21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Google Art Project” adlandırılan layihənin iş prinsipi “Street View” servisi ilə eynidir.
Bununla yanaşı, “Street View”dən fərli olaraq “Art Project”də bu və ya digər rəsmlərlə yüksək təsvir dəqiqliyi ilə tamaşa etmək imkanı da mövcuddur. Layihə çərçivəsində müxtəlif muzeylərdə saxlanılan mindən yuxarı rəsm əsərinə virtual tamaşa etmək mümkündür. Hər muzeydən bir əsərin olduqca yüksək təsvir ölçüsündə fotoşəkili çəkilib (7 milyard piksel). Belə vəziyyətdə virtual səyahət zamanı həmin rəsm əsərində adi tamaşa zamanı görünməyən detallara baxmaq mümkündür.
Hazırda “Art Project”ə Nyu-York Müasir İncəsənət Muzeyi, Tretyakov Qalereyası, Versal, Madriddə Kraliça Sofiyanın İncəsənət Mərkəzi, London Milli Qalereyası, Ermitaj, Amsterdamda Van Qoq Muzeyi və digər tanınmış muzeylərin əsərləri daxil edilib. Rəsm əsərlərindən başqa layihənin saytından istifadəçilər onların izahı, eləcə də rəssamı barədə də məlumat ala bilər.