Fontu böyüt:
Ingiltərə onlayn cib telefonu şirkəti "SellMyMobile.com" tərəfindən 1097 nəfər arasında sorğu keçirilib. Nəticədə məlum olub ki, hər 10 nəfərdən birinin sevgilisinə və ya həyat yoldaşına göndərdiyi mesaj səhvən başqa nömrələrə gedir.
Şirkət nümayəndəsi Keir McConomy sevgililərin davası zamanı belə səhvlərin daha da çoxaldığını bildirib. Bundan başqa oğlanların həyəcanlanması, qızların isə mesajlara gec cavab yazması da mesajı düzgün ünvana yollamayan səbəblərdəndir.
Şirkətin başqa bir araşdırmasına görə hər 5 nəfərdən biri telefonunu satmadan əvvəl telefon adresindəki nömrələri, mesajları, fotoşəkilləri silmədiyi ortaya çıxıb.