İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xalq kompüteri” layihəsi növbəti mərhələyə qədəm qoyur

13.11.2009 [19:15]

Fontu böyüt:      

Rasim Baxşının verdiyi məlumata əsasən ikinci mərhələdə layihənin digər peşə sahiblərinə, universititet müəllimlərinə, tələbələrə və Rabitə və informasiya texnologiyaları nazirliyinin işçilərinə aid ediləcəyi nəzərdə tutulub.

Daha öncə də məlumat verdiyimiz kimi cari ilin Aprel ayından etibarən Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və «Microsoft» şirkətləri tərəfindən“Xalq kompüteri” layihəsi reallaşdırır. Artıq layihənin ilkin mərhələsi arxada qalıb. Bu mərhələnin yekunları barədə ictimaiyyətə müxtəlif media orqanları və Bakutel 2009 beynəlxalq sərgisində məlumat verilib.

Ölkənin ümumi təhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş «Xalq Kompüteri» layihəsinin ilkin mərhələsi  həyata keçirilməyə başladığı andan 3500 kompüter dəstinin satışı reallaşdırılıb.Müəllimlərə lisenziyalı proqram təminatı və güzəştli şərtlərlə personal kompüter və noutbuk əldə etmək imkanı verilib.Kompüter alan müəllimlər kompüter haqqında dərslik və internet kartla təmin olunublar.Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditlə,bazar qiymətindən 20-25 % ucuz qiymətə təqdim olunub.

Layihənin pilot mərhələsi sübut edib ki, Azərbaycanda belə layihələrə tələbat var. Bu məqsədlə təsisçilər “Xalq kompüteri” layihəsini mərhələli şəkidlə davam etdirmək niyyətindədirlər.

HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin biznesin inkişafı üzrə meneceri Rasim Baxşının verdiyi məlumata əsasən ikinci mərhələdə layihənin digər peşə sahiblərinə, universititet müəllimlərinə,  tələbələrə və Rabitə və informasiya texnologiyaları nazirliyinin işçilərinə aid ediləcəyi nəzərdə tutulub.  Növbəti mərhələlərdə isə layihədə səhiyyə işçilərinin də iştirakı gözlənilir.

Rasim Baxşı, həmçinin qeyd edib ki, “Xalq kompüteri” layihəsinin növbəti mərhələsində istifadəçilərə yeni modellər təklif olunacaq.

Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və «Microsoft» şirkətləri tərəfindən reallaşdırılır. Layihə bir sıra mühüm dövlət proqramlarına, o cümlədən «Elektron Azərbaycan» Dövlət Proqramına və «2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na tam uyğundur.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə olunmasında şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.“Xalq kompüteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar