Bu zaman elektron ödəmə sistemi isə məhz “GoldenPay” şirkəti tərəfindən həyata keçiriləcək
Evrovision yarışmasınadək İçərişəhərdə gəzinti üçün turları “online” rejimdə almaq olacaq.
Bu barədə “GoldenPay” ödəniş sisteminin Biznesin inkişaf direktoru Naina Samedova-Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, bu zaman elektron ödəmə sistemi isə məhz “GoldenPay” şirkəti tərəfindən həyata keçiriləcək.
“Hal-hazırda bu istiqamətdə sayt yaradılır. Həmin saytla İçərişəhərdə gəzinti turu sifariş edə və bu turun qiyməti ilə tanış ola bilərsiz. Daha sonra isə qəbzi çap edib rahatlıqla vaxt itirmədən xidmətdən yararlana biləcəksiz. Hazırda bu layihə üzrərində iş gedir”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan da məlumatı təsdiqlədilər. Lakin layihə haqqında daha ətraflı məlumatın layihə tamamlanandan sonra verilə biləcəyini deyiblər.