İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Evrovision.az” saytına 2 milyon manat ayrılıb?

18.05.2012 [20:58]

Fontu böyüt:      

Osman Gündüz saytın real vəziyyətə tab gətirməməsinin narahatçılıq doğurduğunu deyir. Çünki «Evrovision.az» saytı kimi strateji, dövlət və beynəlxalq əhəmiyyətli bir resursun hazırlanmasına, qorunmasına, hansı proqramlardan, kadrlardan, təhlükəsizlik vasitələrindən

Osman Gündüz: «Bu səviyyədə saytın hazırlanması cüzi məbləğə başa gəlir»

Bakıda keçiriləcək “Eurovision” yarışması çəkilən xərclərə görə tarixə düşə bilər. Müsabiqənin hazırlığına sərf edilən vəsaitlə yanaşı «Eurovision.az» saytı da fantastik qiymətə başa gəlib. «Twitter» sosial şəbəkəsində yayılan xəbərə görə, sayt üçün 2 milyon manat vəsait ayırılıb. Lakin sayt işə düşən gündən bəri dəfələrlə haker hücumlarına məruz qalıb. Bu da onun təhlüksizliyinin lazım olan səviyyədə qurulmadığını göstərir. Belə olan halda bir sayta 2 milyon manat sərf edilməsi nə dərəcədə realdır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz saytın real vəziyyətə tab gətirməməsinin narahatçılıq doğurduğunu deyir. Çünki «Evrovision.az» saytı kimi strateji, dövlət və beynəlxalq əhəmiyyətli bir resursun hazırlanmasına, qorunmasına, hansı proqramlardan, kadrlardan, təhlükəsizlik vasitələrindən istifadə olunmasına təhlükəsizliyə cavab verən dövlət qurumları ciddi nəzarət etməlidir:
«Necə ki, qabaqcadan Azərbaycana hərəkət edən narkotik trafikin qarşısı alınırsa, bu trafikin də qarşısı alına bilər. Ən azı bu sayta xidmət edən qurum əgər İrandan şübhələnirsə, bu ölkədən daxil olan trafikin qarşısını almaq bir dəqiqəlik işdir. Elə edə bilərlər ki, İrandan bu sayta trafik daxil olmasın. Hücumların qarşısını almaq üçün texniki vasitələr var. Bu vasitələr qabaqcadan də işə salına bilər, hücum vaxtı da. Əgər sayt dağıdılıbsa, demək nəzarət yoxdur.

Necə ola bilər ki, bu dərəcədə strateji əhəmiyyətli bir resursa nəzarət belə zəifdir».
Ekspertin sözlərinə görə, bu qədər vəsait ayrılan, ciddi diqqət mərkəzində olan beynəxalq əhəmiyyətli bir resursa yetərincə diqqətin olmaması Azərbaycandakı ciddi problemdən xəbər verir. Bu artıq onun göstəricisidir ki, Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı ciddi infrastruktur problemləri var. Kimin bu sahəyə cavab verməsi məlum deyil. Baxmayaraq ki, MTN bu istiqamətdə araşdırmalar apara bilər.

Ekspert hesab edir ki, virtual dünyada cinayətkarlığa qarşı mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyində xüsusi idarə yaradılmalıdır. Eyni zamanda Daxili İşlər Nazirliyi internetdə baş verən qanunsuz əməlləri araşdırmalıdır.

«Evrovision.az» saytına xərclənən vəsaitlərə toxunan ekspertin fikrincə, bu səviyyədə saytın hazırlanması cüzi məbləğə başa gəlir. Onun qorunması, hücumların qarşısının alınması, profilaktik işin aparılması isə müəyyən məbləğ tələb edir. Ancaq burda 2 milyon manatdan söhbət gedə bilməz. Baş verənlər göstərir ki, sayt üçün ayrılan vəsaitdən səmərəli, effektiv istifadə olunmur.

Azadlıq qəzeti , 18 May 2012 , Fizzə


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar