Fontu böyüt:
ABŞ ordusu, Delve Networks kompaniyası ilə birgə özlərinin YouTube saytına oxşar videoservislərini yaradıblar. TroopTube adı altında yaradılan servis amerika hərbiçiləri, onların qohumları və dostları üçün nəzərdə tutulub. Qeydiyyatdan keçməklə istifadəçilər öz videolarını yerləşdirə və başqa şəxslərin yerləşdirdikləri videoları izləyə bilərlər. Servisin administrasiyası bütün yüklənilən faylları yoxlayaraq, dövlət təhlükəsizliyinə zərər gətirə biləcək və müəllif hüquqlarını pozan videoları silirlər.
Xeberler.az/ Anar