Bu gün Xəzər Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin, proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin və startupçıların Toplantısı keçirilib.
Bu gün Xəzər Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin, proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin və startupçıların Toplantısı keçirilib.
StartUp Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi haqqında və StartUp Azərbaycan Layihəsi haqqında geniş məlumat verib.
O, StartUp Azərbaycan layihəsinin əsas məqsədləri, Layihə çərçivəsində hazırda davam edən Müsabiqə Qaydaları, StartUp Azərbaycan çərçivəsində həyata keçiriləcək tədbirlər, qarşıdakı Startup Weekend tədbirləri və startupçılar üçün keçiriləcək Təlimlərlə bağlı məlumatlar verib. O, həmçinin yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin İyunun sonlarında keçiriləcəyini diqqətə çatdırıb.
Toplantıda konkret bir Startupın - Kinotap layihəsinin ərsəyə gəlməsi ilə bağlı Təqdimat olub. Layihənin Komanda üzvləri Amid Quliyev, Şaiq Muradov, Sadiq Muradov və Rəşid Səfərov Layihə haqqında, onun ideyası və texniki-texnoloji xüsusiyyətləri haqqında, İnternet bazarındakı yeri haqqında və gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər.
Sonda təqdimatçılar və StartUp Azərbaycan TK üzvləri Osman Gündüz, Ülvi Aslanov, Ayaz Quliyev, Rəşad Əliyev toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Startup Azərbaycan TK bildirir ki, aprelin 27-də Sumqayıt şəhərində belə toplantını keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az
Xəzər Toplantısının foto materialları:
https://www.facebook.com/media/set/?set=a.512409962151673.1073741830.486851951374141