Fontu böyüt:
Laçının işğalının 17-ci ildönümü günü "Azerbaijan Defacers" qrupunun üzvü MİXAYLO tərəfindən Ermənistanın 12 rəsmi saytını dağıdılıb. ANSPRESS-in məlumatına görə, dağıdılan saytlar arasında Ermənistanın soyqırım saytı (genocide.am) , Ermənistan televiziyasının rəsmi saytı (artv.tv), Ermənistan xristianlarının saytı (psalmtours.com) və digər saytlar var. Dağıdılan saytlarda bu sözlər qeyd olunub: "İndi öz bayrağımızı sizin saytınıza sancdıq. Lakin tezliklə öz bayrağımızı öz ərazimizdən - Qarabağdan asacağıq. Heç kəs və heç nə unudulmur...."
Dağıdılan saytların siyahısı :
Qeyd edək ki, son vaxtlar erməni saytları mütəmadi şəkildə Azərbaycanlı hakerlər tərəfindən dağıdılır.Azdefacers "Azerbaijan Defacers" haker qrupu təkcə bu ilin iki ayı ərzində Ermənistanın 100-dən artıq saytını dağıdıb.