Fontu böyüt:
Kiçik bir Hindistanlı şirkət, dünya nəhəngləri Google, Apple və Microsoftun başını ağrıdır...
Hindistanlı kiçik bir firma, patent haqqının tapdalandığı səbəbiylə Google, Microsoft və Apple-i məhkəməyə verdi.
Son günlərdə mətbuata əks olunan bir xəbər, bütün diqqəti Hindistanda olan kiçik bir şirkətə yönəltdi. Cygnus Systems adlı şirkət, veb brauzerlər və əməliyyat sistemləri ilə “fayl ön izləmə” xüsusiyyətini istifadəçilərinə təqdim edən Google, Apple və Microsoftun özünə aid patent haqqını pozması səbəbilə bu üç nəhəng şirkəti məhkəməyə verdi.
Windows Vista, İnternet Explorer 8 və Google Chrome kimi məhsullarla istifadəçilərin kompüterlərində şəkillərin ön izləməsini göstərə bildiyini müdafiə edən şikayətçi şirkət, Apple-ə aid Mac OS Xin, iPhonenin və Safarinin də yenə bənzər şəkildə özünə aid olan patent haqqını pozduğunu iddia etdi.
Bu üç nəhəng şirkətlə məhkəmənin hələ başlanğıc olduğunu ifadə edən firma səlahiyyətliləri, bu mövzudakı araşdırmalarının davam etdiyini və bu üç şirkət kimi daha bir çox şirkətin eyni şəkildə özlərinə aid olan patent haqqını illegal olaraq öz məhsullarında istifadə etdiyini iddia etdi.
Arizonada görülən iddiayla əlaqədar Google, Microsoft ya da Apple-ın nümayəndələri bu haqda hələ heçnə açıqlamayıblar.
mənbə/ chip.com.tr