İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu mövzusunda Dəyirmi Masa keçirilib

05.04.2012 [18:07]

Fontu böyüt:      

Bu gün Multimedia Mərkəzi tərəfindən “Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbir Mərkəzin həyata keçirdiyi “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması
Bu gün Multimedia Mərkəzi tərəfindən “Sosial servislərin tədris prosesində rolu”  mövzusunda Dəyirmi Masa  keçirilib.  Tədbir Mərkəzin həyata keçirdiyi   “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində baş tutub.

Dəyirmi Masada Mərkəzin direktoru, AİF prezidenti Osman Gündüz və Təhsil sisteminin informasiyalaşması idarəsinin şöbə müdiri Ramil Süleymanovun mövzu ətrafında təqdimatları olub. Təqdimatlarda İnternetdə mövcud olan müxtəlif sosial resursların tədris məqsədləri üçün  istifadəsi imkanlarına, İnternet texnologiyalardan təhsil sistemində daha effektiv istifadəsi məsələlərinə, beynəlxalq təcrübəyə və mövcud problemlərə  geniş yer ayrılıb.

Toplantıda maraqlı tərəflərin iştirakı ilə  faydalı müzakirələr keçirilib. Mövzu ətrafında müzakirələrdə Microsft-Azərbaycan- nın nümayəndəsi Emin Axundov, 283 Salı və 23 saylı məktəblərin  informatika müəllimləri Naidə İsayeva və Abdulla Qəhrəmanov, Avropa Liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə, İdrak məktəbinin direktoru Fatmaxanım Bünyadova,  AMEA İTİ –nin Tədris bölməsinin rəhbəri Rəsmiyyə Mahmudova,  Avropa –Azərbaycan məktəbinin  müəlliməsi Almaz Həsrət, Bakı Kompüter Kollecinin direktoru Irdaə Səfərova, Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, İREX  təşkilatının əməkdaşı Ələsgər Məmmədli,  Bakı Təhsil İdarəsinin nümayəndəsi Şəhla Kərimova , İTV –nin Təhsil Departamentinin rəhbəri Cəsarət Valehov, BDU –nun dosenti Ramin Mahmudzadə , Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev də digərləri çıxış ediblər.

Çıxışlarda İKT-nin tədris prosesinə inteqrasiyasında  İnternet  texnologiyaların , sosial servislərin əhəmiyyətli rolu vurğulanıb. Müəllimlər  üçün adı çəkilən mövzu üzrə təlimlərinin keçirilməsinin , müəllimlərin şəbəkə cəmiyyətlərinin, virtual metodik  birliklərinin yaradılmasının vacibliyi qeyd edilib. Təhsil müəssisəsi rəhbərlərinin bu sahədə məsuliyyətinin daha çox olması diqqətə çatdırılıb.  İnternet texnologiyalardan təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərinin  hazırlaması və tətbiqi,  informasiyalaşma prosesinə metodiki-informasiya dəstəyinin göstərilməsi istiqamətində idarəetmə orqanlarının səylərinin artırılmasının vacibliyi  qeyd edilib

Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və “Elektron məktəb” Layihəsinə qoşulan təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində gerçəkləşir. Növbəti mərhələdə İnternet texnologiyalardan , sosial servislərdən təhsil məqsədləri üçün istifadə ilə bağlı bir qrup müəllimlərə Təlimlər keçirilməsi nəzərdə tutulub.

Dəyirmi Masada təhsil müəssisələrinin, müvafiq dövlət qurumlarının,  Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların  nümayəndələr iştirak edib.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

xeberler.az /Günel


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar