Fontu böyüt:
Samsung yenicə hazırladığı Bada mobil əməliyyat sistemini təqdim edib. Koreya dilində okean mənasını verən Bada açıq qaynaqlı bir quruluşa sahib olacaq. Firma, əməliyyat sisteminin çıxış tarixini 2009-cu ilin dekabrı təyin edib.
Sistemin açıq qaynaqlı olması həm Samsung tərəfindən, həm də normal istifadəçilər tərəfindən inkişaf etdirilə biləcək. Şirkətdən əlavə xarici proqramçılar da Bada üçün yeni tətbiqlər inkişaf etdirib, sistemin daha fərqli işini də təmin edə biləcəklər.
Bada, cib telefonu operatorlarına istiqamətli olaraq da inteqrə edilməsi asan olan platforma təqdim edəcək. Bununla da cib telefonu operatorları bu sistemi istifadə edən abunəçiləri üçün fərqli xüsusiyyət təqdim edə biləcəklər.