Fontu böyüt:
“Microsoft” korporasiyası “İnternet Explorer 10” brauzerinin ilk testləşdirilmiş versiyasını buraxıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.
«İnternet Explorer 10»-nun işlənib hazırlanmasına brauzerin 9-cu versiyasının istifadəsindən bir ay sonra start verilmişdi.
Microsoft korporasiyası Las-Veqasda (Nevada, ABŞ) keçirilən MIX11 konfransı çərçivəsində Internet Explorer brauzerinin 10-cu versiyasını nümayiş etdirib. Internet Explorer ARM-çip bazasında işləyən komputerə yüklənilib. Beləliklə, Microsoft ilk dəfə olaraq mobil prosessorları dəstəkləyə bilən «ОС Windows» versiyasını təqdim edib.
Bundan əvvəl isə şirkətin əməliyyat sistemi yalnız x86-arxitektura serverlərini dəstəkləyən kompyuter prosessləri üçün nəzərdə tutulmuşdu.
ARM bazası üzərində işləyən çiplər adi prosessorlarla müqayidəsə az enerji sərf edir və ən başlıcası mobil cihazlarda istifadə olunur.
Microsoft şirkətinin «İnternet Explorer 10»-nun final versiyasını təqdim edəcəyi tarix isə hələlik bilinmir. Şirkət «Internet Explorer 10»nun test versiyasını hər 2-3 aydan bir yeniləməyi vəd edib.