Fontu böyüt:
Rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov Qətər Əmirliyinin Doha şəhərində keçirilən “İTU Telecom
World 2014” sərgi-konfransı çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.
Xeberler.az-ın məlumatına görə,
nazir Əli Abbasov Arab Satellite Communications (ARABSAT) şirkətinin
prezidenti Xalid Əhəd Balkxeyir ilə görüşüb.
Görüş zamanı “Azərkosmos” ASC ilə
gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Həmçinin, nazir UNESCO Baş
katibinin müavini cənab Getaçev Enqida, Fransanın AIRBUS Kosmos və Müdafiə
Proqramının vitse-prezidenti cənab Erik Berancer, və Alkatel-Lucent şirkətinin
vitse prezidenti xanım Qabriella Qautey ilə rəsmi görüşlər keçirib.
Hazırda Qətərin Doha şəhərində
“İTU Telecom World 2014” sərgi-konfransı keçirilir.
Sərgi –konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil edir.