İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

14.02.2009 [11:08]

Fontu böyüt:      

Bakının 20 orta məktəbinə xüsusi kameralar quraşdırılacaq. Bu barədə Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib.

Elektron məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb

Bakının 20 orta məktəbinə xüsusi kameralar quraşdırılacaq. Bu barədə Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla da sinif otaqlarında keçirilən bütün dərslər, həmçinin müəllim-şagird münasibətləri birbaşa Təhsil Nazirliyinin nəzarətində olacaq.

«2008-2011-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı» çərçivəsində nəzərdə tutulan pilot məktəblərə kameraların quraşdırılması gözlənilən nəticəni versə, digər paytaxt və rayon məktəblərində də bu sistemə qoşulacağı planlaşdırılır. Artıq kameraların quraşdırılacağı məktəblərin əksəriyyətinə avadanlıqlar alınıb. Layihənin həyata keçirilməsinə isə dövlət büdcəsindən ötən il 8 milyon yarım manat ayrılmışdısa, bu il elektron məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb.
Valideyn və şagirdləri elektron məktəb layihəsi çərçivəsində daha bir maraqlı yenilik gözləyir. Samir Məmmədovun sözlərinə görə, artıq şagirdlərin aldığı qiymətləri valideynlər birbaşa internetlə öz iş yerlərində və evlərində görə biləcəklər.

Elektron məktəb layihəsində eyni zamanda elektron lövhələr də quraşdırılacaq. Artıq həmin lövhələrdən istifadə edən məktəblər var. Elektron lövhələri adi yazı taxtasından fərqləndirən cəhət isə burada şagird və müəllimlərin yazdıqları yazıların kompüterin yaddaşına verilməsidir. Şagirdlər həmin tapşırığı evdə də açıb oxuya biləcəklər. Bu avadanlıqlardan istifadə etmək üçün müəllim və şagirdlər üçün xüsusi təlim kursları da keçirilir. Belə ki, 2005-2008-ci illər ərzində 20 minə yaxın müəllim artıq təlim kursları keçib.

Qeyd edək ki, paytaxtın iki məktəbində, Avropa litseyi və 23 saylı orta məktəbdə elektron məktəb layihəsinin cüzi bir hissəsi artıq tətbiq olunmağa başlayıb və yaxşı nəticə əldə olunduğu bildirilir. Ötən il 10 məktəbə kamera quraşdırılması nəzərdə tutulurdusa, bu il elektron məktəb layihəsinə daha 10 təhsil müəssisənin qoşulması qərara alınıb./ANS TV/


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar