Facebakersin (http://www.socialbakers.com/facebook-statistics/) versiyasına görə, Azərbaycanda Facebook istifadəçilərinin sayı cari ilin yanvarın 18-dən 98.2 min nəfər artaraq 702.4 min (13.98%) nəfər olub. Son 6 ayda artım 230 min 180 nəfər (48.74%) təşkil edib.
Bununla da, Azərbaycan Facebook istifadəçilərinin sayına görə reytinq cədvəlində 91-ci pillədən 87-ci pilləyə qalxıb.
Facebakersin (http://www.socialbakers.com/facebook-statistics/) versiyasına görə, Azərbaycanda Facebook istifadəçilərinin sayı cari ilin yanvarın 18-dən 98.2 min nəfər artaraq 702.4 min (13.98%) nəfər olub. Son 6 ayda artım 230 min 180 nəfər (48.74%) təşkil edib.
Bununla da, Azərbaycan Facebook istifadəçilərinin sayına görə reytinq cədvəlində 91-ci pillədən 87-ci pilləyə qalxıb. Ölkəmiz 98-ci yerdə qərarlaşan Estoniya, Qazaxıstan (104), Belarus (105), Latviya (109), Ermənistan (114), Moldova (117), Özbəkistan (140), Qırğızıstan (155), Tacikistan (175) və Türkmənistanı (201) qabaqlayıb.
Azərbaycanda “Facebook” istifadəçilərinin yaş kateqoriyaları üzrə 13-15 yaş arasında olan istifadəçilər 8 faiz, 16-17 yaş arasında olan istifadəçilər 12 faiz, 18-24 yaş arasında olan istifadəçilər 47 faiz, 25-34 yaş arasında olan istifadəçilər 23 faiz, 35-44 yaş arasında olan istifadəçilər 6 faiz, 45-54 yaş arasında olan istifadəçilər 2 faiz, 55-64 və 65-dən yuxarı yaş arasında olan istifadəçilər isə ayrı-ayrılıqda 1 faiz təşkil edir.
Facebookun lideri yenə də 155 milyon 701 min 780 nəfərlə ABŞ-dır.