Fontu böyüt:
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gündən etibarən tutduğu vəzifədən məzuniyyətə çıxıb.
Xeberler.Az qəzetin internet saytına istinadən xəbər verir ki, onun bu addımı atmasına səbəb noyabrın 7-də keçiriləcək parlament seçkisində namizəd kimi iştirakıdır.
Xatırladaq ki, R.Arifoğlu “AXCP-Müsavat” seçki blokunun 25 saylı Nizami ikinci seçki dairəsindən vahid namizədidir. Seçki qanunvericiliyinin tələb etdiyi müddətdən bir neçə gün əvvəldən bu cür addım atmasını isə baş redaktor işlərinin çoxluğu ilə izah etdi. Onun sözlərinə görə, seçki prosesi ilə bağlı həddən artıq çox yüklənir və bu səbəbdən də qəzetin işi ilə yaxından məşğul ola bilmir. Odur ki, vəzifəsindən məzuniyyətə getmək barədə qərarını vaxtından tez verib.