İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

14.07.2009 [17:25]

Fontu böyüt:      

Bu il oktyabrın 5-dən 9-dək Cenevrədə “İTU Telecom World 2009” Telekommunikasiya texnologiyaları, avadanlıq və xidmət üzrə Beynəlxalq ixtisaslaşdırılmış sərgi və konfrans keçiriləcək.

Bu il oktyabrın 5-dən 9-dək Cenevrədə “İTU Telecom World 2009” Telekommunikasiya texnologiyaları, avadanlıq və xidmət üzrə Beynəlxalq ixtisaslaşdırılmış sərgi və konfrans keçiriləcək.

Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti təmsil edəcək. RİTN-dən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibi hazırda müəyyən edilir.

Qeyd edək ki, tədbir üç ildə bir dəfə keçirilir və sonuncu dəfə 2006-cı ildə Honkonqda keçirilib. Bu il sərgi-konfrans “Açıq şəbəkələr - müttəfiq süurlar” devizi altında keçiriləcək. Sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin yenilikləri nümayiş etdiriləcək. Tədbir çərçivəsində ITU TELECOM Village kimi iş mərkəzi fəaliyyət göstərəcək, burada iştirakçı şirkətlər öz qərargahlarını yarada bilərlər. “ITU TELECOM World”-un işinə Gənclər üçün forum daxil edilib.

Bu il konfrans tematik pavilyonlara bölünəcək, o cümlədən teletibb və elektron səhiyyə, məsafəli təhsil və online təlim, səyyar rabitə vasitələrinin istifadəsi ilə bank və maliyyə əməliyyatlarının həyata keçirilməsi. Bir sıra təşkilat milli pavilyonlarının təşkili ilə bağlı müraciət edib.

Sərgi-konfransa 40 ölkədən 700 iştirakçının, 140 ölkədən 45 min peşəkar iştirakçının, 150 ölkədən 1 min VİP iştirakçının (nazirləri, nazirlik nümayəndələrini, tənzimləmə orqanlarını, səfirləri, baş direktorları və s. daxil etməklə) maraq göstərməsi proqnozlaşdırılır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar