21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, videokonfrans- əlaqə sistemləri, səs vermə sistemləri əvvəl olan problemlərin böyük bir qismini aradan qaldırıb.
Məkan və məsafə oxumaq və işləmək üçün elə də vacib deyil. İnteraktiv texnologiyaların geniş yayıldığı sahə təhsildir. Məktəblər, institutlar, akademiyalar texnologiyanın son yeniliklərindən istifadə edən ilk müəssisələrdir. İşə başlamazdan əvvəl interaktiv lövhə kompüterə və proyektora qoşulur. Onun ekranına hər bir mənbədən (kompüter və yaxud video siqnallardan) gələn şəkil əks olunur. Bundan sonra düz lövhənin üzərində işləmək olur.
İnteraktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəkilin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter fayllar qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsi ilə göndərməyə imkan verir.
Elektron lövhənin digər yaxşı cəhətləri ondadır ki, animasiya imkanı yaradır, real vaxtda çəkilən şəkillərə baxmaq və muhazirələri yazmaq olur. Bütün ineraktiv elektron lövhədə yazılan fikirlər komputerdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilərlər.
Bu texnologiyalar təhsildə, təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər fəaliyyət sahələrində öz tətbiqini tapır. Bütün dünyada interaktiv lövhələrin tez yayılması göstərir ki, onlar cəmiyyətin tələbidirlər.
İnteraktiv lövhələrin istifadəsinə görə Böyük Britaniya, Meksika, ABŞ, Norveç öndədir. Rusiyaya bu texnologiya 21-ci əsrin başlanğıcında gəlib. Bu gün dövlət layihəsi olan “Təhsil” çərçivəsində Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər bölgələrində interaktiv texnologiyanın təchiz edilməsi prosesi gedir.