Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Fransanın Vupen şirkətinin mütəxəssisləri Vankuverdə hakerlər arasında keçirilən konfrans çərçivəsində Apple MacBook noutbukunu 5 saniyə ərzində sındırıblar.
Onlar Apple Safari brauzerində əvvəllər məlum olmayan boşluqdan istifadə edib, yarışmanın əsas mükafatlarından birini – 15 min dollar və “məğlub” etdikləri noutbuku qazanıblar.
Qeyd edək ki, yarışma çərçivəsində digər populyar əməliyyat sistemləri və brauzerlər də “sınağa” çəkiləcəklər.