İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

02.12.2014 [00:16]

Fontu böyüt:      

“Bakutel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel-2014”) sərgi və konfransı öz işinə başlayacaq. “Bakutel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək.

Bu barədə dekabrın 1-də keçirilmiş mətbuat konfransında məlumat verilib. Konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon, “İntel” şirkətinin vitse-prezidenti Con Devıs çıxış ediblər.

Qeyd olunub ki, bu illər ərzində “Bakutel-2014” sərgisi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı informasiya-kommunikasiya texnologiyaları (İKT) forumuna çevrilib . Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin təşəkkül tapmasında və inkişafında xüsusi rol oynayıb. 20 ildə sərgiyə dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət qatılıb, onu yüz mindən çox ziyarətçi izləyib.

Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər. Hazırda bazarda uğurla fəaliyyət göstərən yerli iri şirkətlərin başlanğıc platforması məhz “Bakutel” sərgisi olub.

Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribyutorları var.

Builki sərgidə Azərbaycan milli pavilyonunda son illər həyata keçirilən işlər, İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə məlumat veriləcək. Bundan əlavə, BMT-nin İKT sahəsi üzrə həyata keçirdiyi layihələrlə bağlı pavilyon nümayiş olunacaq. Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) sərgiyə ilk dəfə öz stendi ilə qatılacaq. Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr maraqlı innovativ layihələr, habelə İKT sahəsi üzrə məhsul və xidmətlər təqdim edəcəklər.

Sərgi Mərkəzinin foyesində təşkil olunan stenddə “Bakı-2015” Avropa Oyunlarına hazırlıq prosesi, onun texniki və texnoloji aspektləri əksini tapacaq.

“Bakutel-2014” sərgisinin baş sponsoru “İntel” (ABŞ) korporasiyasıdır. Digər sponsorlar arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” (Finlandiya) şirkətləri yer alır.

Mənbə: yap.org.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar