İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı fəaliyyətə başlayır

26.03.2011 [23:38]

Fontu böyüt:      

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – www.azdrama.az üzərində son hazırlıq işləri gedir. Saytın sınaq versiyasının təqdimatı ötən ilin noyabr ayında Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, prespektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı zamanı olmuşdu. Portalın tamamlanma işləri yaxın zamanlarda bitəcək. Daha sonra da təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – www.azdrama.az üzərində son hazırlıq işləri gedir.  Saytın sınaq versiyasının təqdimatı ötən ilin noyabr ayında Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, prespektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı zamanı olmuşdu. Portalın tamamlanma işləri yaxın zamanlarda bitəcək. Daha sonra da təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Məlumat üçün deyək ki, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyətdə idi. Lakin dizayn və məzmun baxımından qənaətbəxş olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Yeni variantda olacaq saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdiriləcək. Saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdiriləcək. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yer alacaq. Azərbaycan teatrının tarixi, bu günü, o cümlədən milli-mədəni irsimizin gələcəyinə yönəlik planlarını özündə ehtiva edəcək portal, Azərbaycan türkcəsilə yanaşı, dünyanın bir çox dillərində - ingilis, rus, fars, hətta Çin dillərində fəaliyyət göstərəcək. Bir neçə bölmədən ibarət olacaq teatr portalında Azərbaycan mədəniyyətinin, xüsusilə də milli teatr tariximiz təkcə kiçik məlumatlardan ibarət olmayacaq. Nəfis dizaynla hazırlanmış www.azdrama.az saytında kifayət qədər zəngin audio-video məlumat bazası ilə bahəm, multimedia kitabxana, habelə təhsil-maarifçilik proqramları yerləşdiriləcək.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar