İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Saytlara basqılara necə son qoymalı? Redaktorlar Birliyinin dəyirmi masasında qərarlar qəbul olundu

11.10.2011 [19:28]

Fontu böyüt:      

O.Gündüz qeyd etdi ki, ölkədə saytlara olan hücumların aradşrılması işi tam olaraq Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. “Çünki informasiya resursları milli təhlükəsizlik sisteminə daxildir. Verilən məlumata görə,

Bu gün Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində Redaktorlar Birliyinin təşkilatçılığı ilə “Medianın kiber təhlükəsizliyi problemləri” mövzusunda dəyirmi masa keçirildi

“MilAz” İA-nın məlumatına görə, tədbirdə son zamanlar Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) veb səhifəsi olan www.milaz.info portalı, www.qafqazinfo.az saytı, “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin, “Turan” informasiya agentliyinin və s. mətbuat orqanlarının veb səhifələrinin davamlı haker hucumlarına məruz qalması diqüqət mərkəzində olub.

“Turan” İnformasiya Agentliyinin redaktoru Mehman Əliyev ni dəyirmi masanın Redaktorlar Birliyinin ilk dəyirmi masası olduğunu qeyd etdi. “Medianı narahat edən mövzular var və bu səbəbdən operativ müzakirə aparmaq zərurəti ortaya çıxdı. İnternet saytlarına hücumlar, saytların sıradan çıxarılması ciddi müzakirə olunmalı, problemdən çıxış yolları ortaya qoyulmalıdır. Əks təqdirdə bu problem daha da inkişaf edə bilər”, - deyən M.Əliyev burada söhbətin təkcə haker hücumlarından deyil, internetin qiymətindən, sürətindən, digər müdaxilələrdən gedir.

Azərbaycanda İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, internet resursların dayanıqllığı, kibercinayətkarlıq mahiyyətcə beynəlxalq problemdir. “Bu səbəbdən tək yerli qanunvericilik problemin aradan qaldırılması üçün kiafayət deyil. Kiber təhlükəsizliklə bağlı beynılxalq konvensiya var. Azərbaycan da ötən il bu konvensiyaya imza atıb. Orada əksini tapan müddəalar yerinə yetirilməlidir, qanunlar təkmilləşdirilməli, kibercinayətkarlıqla mübarizə üzrə kadrlar yetişdirilməlidir. Amma təəssüf ki, , amma Azərbaycanda kifayət qədər işlər görülməyib”, - deyə o qeyd etdi.
O.Gündüz bildirdi ki, Azərbaycanın Cinayət Məcəlləsində yeni tip cinayətlər, o cümlədən kibercinayətkarlıq öz əksini tapmayıb. Amma MTN və əməliyyat axtarış tədbirləri ilə bağlı qanunlarda bu istiqamətdə bəzi məsələlər əksini tapır.

“Bu gün internetlə bağlı olan cinayətkarlıqla mübarizədə səlahiyyət MTN-ə məxsusdur. Amma məncə, Daxili İşlər Nazirliyinin də burada məsuliyyəti olmalıdır. Çünki elə məsələlər var ki, DİN ona baxmalıdır. İnternetlə bağlı kibercinayətkarlığın DİN slahiyyətinə aid olan xeyli hissələri var. Hesab edirik ki, DİN tərkibində bununla bağlı xüsusi qurumlar yaradılmalıdır. Misal üçün ölkədə kredit kartları ilə bağlı gündə minlərlə cinayət hadisəsi baş verə bilər və MTN təkbaşına bununla məşğul olmağa imkanı çatmaz”, - deyə O.Gündüz bildirdi.

O.Gündüz qeyd etdi ki, ölkədə saytlara olan hücumların aradşrılması işi tam olaraq Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. “Çünki informasiya resursları milli təhlükəsizlik sisteminə daxildir. Verilən məlumata görə, son illərdə MTN-də kibercinayətkarlıqla mübarizə qurumunun fəaliyyəti gücləndirilib”, - deyən O.Gündüz saytlara hücum olan zaman dərhal MTN-ə müraciət edilməsini vacib hesab edir.

“Amma bu müraciətin ardınca MTN redaksiyadan bəzi məlumatları almaq istəyəcək. O zaman redaksiya bunu vermək istəməyə bilər. Beləcə, MTN-in araşdırması baş tutmayacaq”, - deyə O.Gündüz bildirdi. O.Gündüz hesab edir ki, MTN-in kibercinayətkarlıqla mübarizə ilə məşğul olan qurumunun peşəkar fəaliyyətində cəmiyyət maraqlı olmalıdır.

O.Gündüz bildirdi ki, bu gün Azərbaycanda veb-resursların dayanıqlığı çox aşağı səviyyədədir. Ekspertin sözlərinə görə, bunun ağır nəticələri ola bilər:

“Gürcüstanda Rusiya ilə müharibədən 5-10 saat öncə bütün saytları dağıtdılar. Hətta prezidentuin, parlamentin saytı işləmədi. Gürcülərin əksəriyyəti mail.ru ilə məktublaşıdrdılar, amma həmin zaman bu resurs işləmədi və gürcülər arasında online əlaqə itdi. Belə hadisə Azərbaycanı da gözləyir. Müharibə başlasa Azərbaycandakı saytların çoxusunu dağıdacaqlar. Çünki araşdırmalarımız göstərir ki, saytlarımızın 99 faizi çətin durumdadır, müdafiəsizdir. Alternativlər üzərində düşünmək lazımdır”, - deyə O.Gündüz bildirdi.

O.Gündüz bildirdi ki, apardıqları araşdırmalar göstərir ki, güclü, dağıdılmaz veb resurslara sahib olmaq üçün çox işlər görülməlidir:

1) Peşəkar kadrlar yetişdirilməlidir;
2) Kadrları saxlamaq və inkişaf etdirmək üçün vəsait tapılmalıdır;
3) Saytlar normal serverlərdə yerləşdirilməlidir;
4) Saytların müdafiəsi üçün yaxşı proqramlar yüklənməlidir.

O.Gündüz “bulud” texnologiyasının tətbiqinin zəruriliyindən danışdı. Onun sözlərinə görə, bu gün nəhəng informasiya texnologiyaları qurumları bu sistem üzrə işləyir. Nəticədə onların təhlükəsizliyi yüksək səviyyədə qorunur, hücumların əksəriyyəti dəf olunur. O.Gündüz sayt rəhbərlərinə eyni zamanda bloqlar yaratmaq və informasiyaları eyni anda həm də bloqlara yerləşdirməyi təklif etdi. “Belə olduqda saytı dağıdan zaman informasiyalar bloqdan ictimaiyyətə veriləcək”, - deyən ekspert bildirdi ki, 2012-ci ildə Bakıda Beynəlxalq İnternet İdarəolunması Forumu keçiriləcək. O dövrə qədər Azərbaycanda kibercinayətkarlığqla mübarizə üzrə ictimai səfərbərliyin təşkil olunması zəruriliyi var.

ATMİA prezidenti Yaşar Cəfərli www.milaz.info saytına olan basqılardan söz açdı. Onun sözlərinə görə, qurumun haker hücumlarının Müdafiə Nazirliyinin maraqlı şəxsləri tərəfindən təşkil olunması barədə şübhələrinin əsası var. “Narahatçılığıçız çox praktikidir. Bizim fəaliyyət hədəflərimiz təhlükəsizlik və müdafiə sektorujna ictimai nəzarətin həyata keçirilməsi işinə dəstək vermək və eyni zamanda ictimai maarifləndirmə ilə məşğul olmaqdır. İctimai əsaslarla çalışdığımız üçün portalın texniki imkanları, müdafiəsi aşağı imkanlar üzərində qurulub. Bizim İT mütəxəssislərdən aldığımız məlumatlara görə, indiyə qədər sayta 40-a yaxın hücumlar qeydə alınıb. Amma sentyabrın 9-dan başlanan və 10 gündən artıq davam edət hücumlar daha geniş miqyaslı idi. Bunun səbəbi nədir? Biz bu hücumlar zamanı monitorinq aparırdıq. Müşahidə edirdik ki, Müdafiə Nazirliyinin fəaliyyəti barədə hansısa tənqidedici məlumat, dövlət məmurunun xoşuna gəlməyən informasiyalar sayta yerləşdirlən zaman bu hücumlar başlayırdı. Bu dövrdə bir çox mətbua orqanlarına təzyiqlər oldu, nəticədə ordudakı problemlərlə bağlı məlumatların dərci dayandırıldı. Amma bir sıra KİV orqanları o cümlədən milaz.info və “Yeni Müsavat” qəzetinin saytı problemləri işıqlandırmaqda davam edirdilər və nəticədə bu hücumlar ortaya çıxdı”, - deyə Y.Cəfərli bildirdi. Onun sözlərinə görə, indi sayta müdafiənin təşkil olunması prosesində amerikalı mütəxəssislərlər birgə iş görülür.

“Biz problemlə bağlı ölkə başçısınıa müraciət göndərmişik. Düşünürəm ki, bu istiqamətdə hanslısa birgə addımların atılmasının vaxtı yetişib. Ən vacib addım maliyyə imkanları axtarıb veb resursların dayanıqlığını gücləndirmək olmalıdır. Təhlükəsizliyi təmin etmək üçün ehtiyat variantlıar tətbiq olunmalıdır, texniki imkanları yeniləmək lazımdır”, - deyə o qeyd etdi.

İREX təşkilatının media layihəsinin təmsilçisi Mürsəl Əliyev İsaytların təkmillşədirilməsinin, yeni mexanizmlərin tətbiqinin çox vacib olduğunu bildirdi. Onun sözlərinə görə, wordpress bazasında resurslar yaratmaq təhlükəsizlik baxımından çox keyfiyyətlidir.
Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova internet resurslarına hücumların qarşısının alınmasının mümkün olduğunu bildirdi. Amma o hesab edir ki, bunun üçün vəsait ayrılmalıdı.
“Axar.az” informasiya portalının rəhbəri Taleh Şahsuvarlı rəhbərlik etdiyi informasiya qurumunun yerləşdiyi serverlə bağlı problemlərin ortaya çıxdığını qeyd etdi.

Eksremal Jurnalistika İnstitutunun rəhbəri İdrak Abbasov saytların, veb resursların fəaliyyətinin təmin olunmasının cəmiyyətdə plüralizmin təmin olunması baxımından vacib hesab etdi. Onun sözlərinə görə, saytların müdafiəsinin, hücumların dəf olunması istiqamətində müzakirələrin davam etdirilməsi vacibdir.

“Doğurdan da təhlükəsizliyi qurmaq, əməkdaş saxlamaq lazımdır. Optimallaşdırmaya ehtiyac var, amma biz bunu reallaşdıra bilmirik, çünki maddi imkanlarımız məhduddur” deyən T.Şahsuvarlı bildirdi ki, müstəqil və tənqidi media veb resurslarının texniki imkanlarını həll etmək üçün institut qrantının ayrılması faydalı olardı. “Azadlıq” qəzetinə davamlı basqılar nəticəsində bu qurum 4-5 dəfə domenini dəyişib. Çünki maliyyə imkanları olmadığı üçün təhlükəsiz sayt qura bilməyiblər. Onlara və digərlərinə institusional dəstək lazımdır”, - deyə o qeyd etdi.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının fikrincə, medianın kiber təhlükəsizlik problemləri ilə bağlı təkliflər planı hazırlanmalıdır. “Hakimiyyət internet mediasini nəzarətə götürmək üçün ciddi addımlar atır, yaxın günlərdə daha ciddi addımlar olacaq. Konkret bu sahədə təklif edirəm ki Redaktorlar Birliyi olaraq MTN-ə müraciət ünvanlayaq və son aylar tanınmış media orqanlarında baş verən proseslərlə bağlı izahat istəyək, onların bizə verəcəyi cavaba görə, sonrakı addımlarımızı ataq. İnternet təhlükəsizliyi məsələsində daha ciddi tədbirlər keçirək, layihələşdirək, lazımi orqanlar qarşısında qaldıraq”, - deyə o qeyd etdi.

“Prizma” Analitik Mərkəzinin baş direktoru İlkin Bağırov Azərbaycanın peşəkar İT mütəxəssislərinin olmamasını vurğuladı. “Hesab etmirəm ki, informasiya müharibəsi başlasa kiməsə qarşı duracaq mütəxəssislərimiz var. Milli təhlükəsizliyimiz baxımından çox az iş görülüb”, - deyə o qeyd etdi.

“KİV-lərin mühafizəsi informasiya təhlükəsizliyi olaraq milli təhlükəsizliyin vacib tərkib hissəsidir və dövlət buna sahib çıxmalıdır” deyən İ.Bağırovun sözlərinə görə, Redaktorlar Birliyi informasiya veb resurslarının təhlükəsizliyinin təmin olunması üçün ümumi layihə hazırlamalı və onu KİV-in inkişafına Dövlət Dəstəyi Fonduna ünvanlamalıdır.

“Dövlət elektron KİV-lərin təhlükəsizliyinin təmin olunması baxımından vəsait ayırmalıdır”, - deyə o qeyd etdi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bir çox ölkələrdə interneti tənzimləyən şuraların mövcudluğundan danışdı. Onun sözlərinə görə, Azərbaycanın fəal vətəndaş cəmiyyəti, müstəqil KİV oxşar şura yaratmalıdır: “Biz yaratmasaq hökumət yaradacaq, belə olanda bu təşkilat ikinci Mətbuat Şurası olacaq”, - deyə o bildirdi. E.Hüseynov internetin və onun təchizat qiymətinin Azərbaycanda çox baha olduğunu bildirdi.
Qeyd edək ki, E.Hüseynovun təklifi tədbir iştirakçılarının qızğın müzakirəsinə səbəb oldu. O.Gündüz Azərbaycanda interneti tənzimləyəcək hər hansı qurumun yaradılmasının kəskin əleyhinə olduğunu qeyd etdi.

Müzakirələrə yekun vuran “Turan” İA-nın rəhbəri M.Əliyevin fikrincə, internetdə geniş plüralizmin olması çox vacibdir. Burada aşağıdakı tərəflər mövcud ola bilər:

1) Dövlətin rolu. M.Əliyev bunun vətəndaş cəmiyyətində narahatlıq yaratdığını qeyd etdi.
2) Vətəndaş cəmiyyəti tərəfindın hansısa müdafiə və ya tənzimləmə sisteminin qurulması.

M.Əliyev hesab edir ki, Azərbaycanda internetin təhlükəsizliyinin təmin olunmasında dövlətin rolu vacibdir. Dövlət internetdə plüralizmin qorunması, saytları müdafiəsi istiqamətində şəratin yaradılmasına çalışmalıdır. O bildirdi ki, hazırda Azərbaycanda KİV-lə bağlı olan 3 qurumdan – Mətbuat Şurası, KİV-in inkişafına Dəstək Fondu və Milli Televiziya və Radio Şurasının heç biri ölkədə informasiya resurslarının aəaliyyətinin təmin olunmasına dəstək vermir.

“KİV-ə Dəstək Fondunun işi bununla bağlı olmalıdır, amma onu yönəldiblər qrant verilməsinə. Prezidentin KİV Fondu ilə bağlı fərmanında isə fərqli məsələlər əksini tapıb. Mətbuat Şurasının fəaliyyəti isə qənaətbəxş deyil. Milli Televiziya və Radio Şurasının işindən danışmaq isə mümkün deyil. Məncə qanunlarımızda müəyyən müsbət məqamlar var. Amma onların işləməsi üçün təzyiqlər olmalıdı”, - deyə o qeyd etdi. M.Əliyevin fikrincə, elektron KİV-lərin fəaliyyətinin təmin olunması istiqamətində beynəlxalq təcrübə öyrənilməli və onun Azərbaycana tətbiq olunması prosesini araşdırmalıdır.

“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində kibercinayətkarlıqla bağlı xüsusi təlimat olmalıdır ki, müraciət edən kimi dərhal nəzarətdə saxlanılsın”, - deyə o qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanda internet təhlükısizliyi üzrə müstəqil qurumun yaradılması vacibdir.

“Bizim saytlara hücum olanda kimə müraciət edəcəyimizi bilmirik. Amma müstəqil qurum olanda müraciət etməyə ünvan olacaq. Bu qurum hansısa konsepsiya hazırlayacaq, konkret olaraq burada problemlə üzləşən elektron medialara yardım edəcək”, - deyə o qeyd etdi.

M.Əliyev Redaktorlar Birliyinin dəyirmi masaının sonunda qəbul edilən qərarları diqqətə çatdırdı:

1) Internet təhlükəsizliyi quurumunun yaradılması fəlsəfəsi hazırlanmaldıır;
2) Dövlətin internet təhlükəsizliyin təminatı məsələsində daha da fəallaşması vacibdir;
3) Saytlara hücumlarla bağlı müraciətlər üzrə işin həyata keçirilməsi üçün Milli Təhlükəsizlk nazirliyində təlimat qəbul edilməlidir.

Qeyd edək ki, Redaktorlar Birliyinin növbəti dəyirmi masası oktyabrın 14-də olacaq. Bu tədbirdə KİV yayımının problemləri diqqət mətkəzində olacaq.

"MilAz" İA, Məzahir Məmmədzadə


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar