Fontu böyüt:
Birləşmiş Ərəb Əmrlikləri Universiteti İnteraktiv Robotlar və Media Labaratoriyalarında (IRML) işləyən Dr. Mavridis, “İbn Sina” adını verdiyi robotuna bir Facebook profili açacağını söyləyib. Mavridis məşhur filosof və həkim olan “İbni Sina”dan təsirlənərək robotuna bu adı verib.
Əslində ActiveRobots şirkətinin PeopleBot modelinin bir törəməsi olan robot üz tanıma və dil modulu sayəsində insanları tanıya və söhbət edə bilir.
Dr. Mavridis robotun Facebook sayəsində qarşısındakı haqqında daha geniş məlumata sahib olacağını və söhbətini o istiqamətlərdə apara biləcəyini düşünür.
Mavridis robota Facebookda profili olan insanları da profil fotoşəkillərindən tanıyaraq daha rahat söhbətə başlamağı öyrədir.