Fontu böyüt:
İnternet istifadəçiləri daha sürətli və keyfiyyətli çıxışa üstünlük verməyə başlayıb
“Intrans” internet provayderi Azərbaycanda dial-up texnologiyası vasitəsilə (internetə kommutasiya, yəni telefon vasitəsilə qoşulma) internet xidmətlərini dayandırmaq niyyətindədir. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda genişzolaqlı ADSL və dial-up istifadəçilərinin sayı müvafiq olaraq 80 və 20 faiz təşkil edir.
Başqa sözlə, internet istifadəçiləri daha sürətli və keyfiyyətli çıxışa üstünlük verməyə başlayıb. Son bir neçə il ərzində genişzolaqlı internet xidmətlərinin tariflərinin enməsi bazarın bu seqmentin inkişafına zəmin yaradıb ki, bu da öz növbəsində əhali arasında Qlobal Şəbəkəyə genişzolaqlı çıxışa dair tələbatın artması ilə nəticələnib.
Şirkət ilin sonuna kimi dial-up xidmətlərinin dayandırmağı planlaşdırır.