Fontu böyüt:
Net Applications analitik şirkəti brauzer bazarının 2011-ci ilin mart ayına olan məlumatlarını təqdim edib.
Məlumata əsasən, Internet Explorer 9 versiyasının təqdimatı Microsoft şirkətinin brauzer bazarındakı vəziyyətini yaxşılaşdırmayıb. Belə ki, hazırda Internet Explorer bazarın 55,9 %-ə nəzarət edir. 2010-ci ilin statistik məlumatına əsasən, bu brauzer bazarın 60,7 %-i əhatə edib.
Mozilla Firefox brauzerinin payı 21,8 %-dir. Müqayisə üçün qeyd edək ki, 2010-ci ildə Firefox bazarın 24,5 %-ni əhatə edib.
Google Chrome (10.9 % - 11.6 %) və Apple Safari (6.4 - 6.6%) brauzerləri mövqelərini getdikcə gücləndirirlər. Opera (2.2 %) brauzerinin mövqeyində demək olar ki, hec bir dəyişiklik olmayıb. Opera Mini brauzerinindən isə təqribən 1.1 % veb istifadəçi istifadə edir.
Mart ayının nəticələrinə əsasən, digər brauzerlərin bazardakı payları 0.9 %-dir.