Fontu böyüt:
Təhsil Nazirliyində təhsilin idarəolunmasının məlumat sisteminin (TİMS) yaradılması istiqamətində işlər aparılır. Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Bundan əlavə, sistemin veb-versiyasını da yaratmaq planlaşdırılır.
Bu günədək TİMS bazasına 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, hazırkı sistem müəllim və şagirdlər haqqında informasiyanı daha operativ almağa və rayon təhsil müəssisələrinin məlumat bazasının sistemləşdirilməsinə imkan yaradacaq.