Fontu böyüt:
Bu gün Mətbuat Şurasının Reket Jurnalistikaya Qarşı Mübarizə Komissiyasının 2009-cu il üçün sonuncu iclası keçirilib.
Komissiyadan verilən məlumata görə, iclasda komissiyaya 20-dən mətbuat orqanı barəsində daxil olan müraciətə baxılıb. 7 mətbuat orqanının “Reket nəşr” elan olunması ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinə təqdimat verilməsi barədə rəy çıxarılıb. Hələlik adı açıqlanmayan həmin mətbuat orqanlarından 6-sı qəzet, 1-i isə jurnaldır.
Komissiyadan o da bildirilib ki, digər müraciətlərlə bağlı araşdırma davam etdirilir.