Avqust ayında bütün dünyada olan spam və virusların ən böyük qaynağı olan ölkələrin adı açıqlanıb.
Avqust ayında bütün dünyada olan spam və virusların ən böyük qaynağı olan ölkələrin adı açıqlanıb. Network Box adlı bir firmanın etdiyi İnternet təhdidləri araşdırmasında dünyada yayılan virus və spamların qaynaqları və görünmə sıxlıqları açıqlanıb. Araşdırmaya görə, Avqust ayında dünyada bilinən virusların 15,9%-nin qaynağı ABŞ-dır. İkinci sırada 14,5% ilə Braziliya var.
Spamların bir nömrəli qaynağı isə 11,6% ilə Braziliyaya aiddir. Spam mövzusunda ikinci sırada 8,6 % ilə ABŞ, 7,2% ilə Cənubi Koreya iştirak edir.
Avqust ayında digər aylara nisbətən az virus olub. İyul ayında İyuna nisbətən üç qat artan virus və spamlar Avqustda təkrar İyun səviyyəsinə enib.
xeberler.az/Vüsalə