İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

28.01.2011 [20:14]

Fontu böyüt:      

İranda fars dilində Qarabağla bağlı yaradılan “garabagh.org” saytı azərbaycanlı hakerlər tərəfindən dağıdılıb. Bu barədə İranda çıxan erməni qəzeti “Araks” məlumat verib. Yanvarın 27-də azərbaycanlı hakerlər saytı dağıdaraq ora Azərbaycan bayrağını yerləşdiriblər. Amma bu gün axşam saatlarında saytın yaradıcıları onun işini bərpa edə biliblər. İrandakı erməni icmasının səyi nəticəsində açılan bu saytda Ermənilər 1990-cı il Bakı və 1988-ci il Sumqayıt

İranda fars dilində Qarabağla bağlı yaradılan “garabagh.org” saytı azərbaycanlı hakerlər tərəfindən dağıdılıb. Bu barədə İranda çıxan erməni qəzeti “Araks” məlumat verib. Yanvarın 27-də azərbaycanlı hakerlər saytı dağıdaraq ora Azərbaycan bayrağını yerləşdiriblər.

Amma bu gün axşam saatlarında saytın yaradıcıları onun işini bərpa edə biliblər.

İrandakı erməni icmasının səyi nəticəsində açılan bu saytda Ermənilər 1990-cı il Bakı və 1988-ci il Sumqayıt hadisələri və Azərbaycanın siyasi tarixinin saxtalaşdırılması ilə müşayiət olunan böhtan və yalan dolu məlumatlar yerləşdirilib. Saytda həmçinin Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsi də fars dilində tərcümə edilərək yerləşdirilib.

İran hakimiyyət orqanları saytla bağlı hər hansı reaksiya vermirlər. Qeyd edək ki, Tehran Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı hər hansı informasiyaya qısqanclıqla yanaşır. Bir neçə dəfə Azərbaycan tarixi ilə bağlı İranda internet sayt açmağa cəhd ediləsə də, İran rəsmiləri buna imkan verməyiblər. Erməni icmasının rahatlıqla Azərbaycanın əleyhinə olan belə sayt qurmaları elə Tehranın məkrli siyasətinin tərkib hissiəsi kimi baxılmalıdır.

Saytda müstəqil Azərbacanın siyasi tarixi bilərəkdən saxtalaşdırılıb və ərazilərin guya Ermənistandan zorla qoparıldığı barədə köhnə “nəşğmələr” oxunur. Digər tərəfdən erməni icması bu yalan məlumatları fars dilində yaymaqla rəsmi Tehanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı barədə mövqeyini şübhə altına alır. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar