21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu keçirilməsini planlaşdırır. Düşərgədə əsasən gəncliklə bağlı yazılar yazan və bu sahəyə maraq göstərən jurnalistlərin iştirakı nəzərdə tutulub.
Təlim kursunun açılış mərasimi Quba rayon olimpiya kompleksində keçiriləcək.
Açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili, Fuad Muradov, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edəcək.
Təlimin gedişat müddətində gənc jurnalistlərə Azərbaycanın media sahəsində kifayət qədər tanınmış ekspertlər tərəfindən mühazirələr deyiləcək. İnterraktiv və innovativ təlim metodlarından istifadə edilərək gənclərin bu sahədəki bilik və bacarıqları təkmilləşdirilməyə çalışılacaqdır.