Fontu böyüt:
Zaman-zaman blog istifadəçilərinə yaratdığı əngəllərlə gündəmə gələn İran, bu dəfə də Facebookun bağlanması səbəbiylə gündəmdədi.
Müxalifət, keçən şənbə günündən bəri giriş mümkün olmayan sosial şəbəkənin bağlanmasının səbəbini yaxınlaşmaqda olan seçkilər və Facebookdakı seçki kampaniyasına bağladı.
İyun ayında yeni prezidentini seçəcək İranda gənclərin əksəriyyəti Facebooku müxalifətə qarşı olan namizədləri dəstəkləməmək və İran xalqını səsverməyə çağırmaq üçün istifadə edir.
İranın reformist siyasətçilərindən Məhəmməd əli Abtahi, yazdığı bir e-günlükdə (blog) qadağanın səbəbinin müxalifəti zəiflətmək olduğunu bildirir. Ahmdinejadın tərəfdarlarını Facebookun qadağan olunmasına göz yummaqla suçluyır.
Facebook, e-günlüklər və bənzər saytlarda ən çox dəstək alan reformist lider Mir Hüseyin Musavi, İran gəncliyini hərəkətə gətirmək istiqamətində seçki strategiyası yürüdür.
Musavinin Facebookda 6 mindən çox dəstəkçisi olan bir səhifəsi var.