İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

4 min səhifəlik nəhəng lüğət

29.01.2009 [16:04]

Fontu böyüt:      


 

  Türk dilinin zəngin xəzinəsi, 4 min səhifəlik nəhəng bir lüğətdə bir araya gətirilir. Türkiyə Dil Qurumunun (TDQ) hazırladığı və 570 min 723 sözün yer aldığı edəcəyi "Böyük Türkcə Lüğət"in bu ilin sonuna qədər nəşr olunması gözlənilir.

  Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Böyük Türkcə Lüğət"də  həmçinin elm və sənət terminlərindən tutmuş yer adlarına qədər, o cümlədən bütün türk ləhcələrindən sözlər yer alacaq.

  TDQ sədri prof. Dr. Şükrü Haluk Akalın nəhəng lüğətin əmələgəlmə ideyasını belə izah edib: "TDQ "Aktual Türkcə Lüğət"i yayımlayandan və internet versiyasını da istifadəyə verəndən sonra,  vətəndaşlarımız burada hər cür sözcüyü, məsələn adlarının mənasını və ya bölgələrində istifadə etdikləri yerli sözləri axtarmağa başladılar. Məhkəmədə bir kağız alan vətəndaş, o kağızda rastlandığı bir hüquq terminini burada axtarırdı. Ayrıca, deyimlər, atalar sözləri axtarılırdı. İnsanlar qarşılarına çıxan hər sözü araya biləcəkləri bir lüğətə müraciət etmək istəyirdilər.

  Bir terminin hüquq termini lüğətindəmi, yoxsa ticarət terminləri lüğətindəmi tapa biləcəklərini təyin edə bilmirdilər. Bunun üçün biz əvvəlcə "Böyük Türkcə Lüğət" adıyla virtual mühitdə lüğətimizi istifadəyə verdik. İndi isə onun bir kitab kimi nəşrinin zamanı gəlib".

  Bu nəhəng işin Türk dilinin "qısaldılmamış tam lüğəti" olacağına bildirən Akalın, "Türkiyədə illərdir bunun üçün işlər görülürdü. Bu lüğət, Türkcənin bir söz xəzinəsidir"- deyə açıqlama verib. www.qaynar.info

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar