Fontu böyüt:
Azərbaycanın Mətbuat Şurası "reket qəzetlər"in növbəti siyahısını açıqlayıb.
"Bu qəzetlər jurnalistika davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, qəzet səhifələrində insanların şərəf və ləyaqətini alçaltdıqlarına görə bu siyahıya daxil ediliblər", - deyə Mətbuat Şurasından bildirilir.
Şuranın "qara siyahısı"na düşən mətbu nəşrlər bunlardır:
"Böyük Naxçıvan", "Dəryaz", "Gündəm", "Ədalət uğrunda", "Media Azərbaycan", "Yeni dövr", "Azərbaycan gəncliyi", "Jurnalist və qanun", "Vətən andı", "Ailə", "İdeal Azərbaycan", "Vətəndaş hüququ", "İdeal", "Xüsusi təhqiqat", "Turan", "Aydın Azərbaycan", "Naxçıvan press", "Azad press", "Avrotayms", "Kadr və tərəqqi", "Radikal", "Azadlıq və zaman", "Kriminal aləm", "Fakt", "Fakt-fakt", "Müstəqil dövlət", "Müasir Naxçıvan", "Nurlu səhər", "Azərbaycan yolu", "Dünyaya Qarabağ harayı", "Həftə sonu", "Xalq vəkili", "Regionun səsi", "Yeni Azərbaycan dünyası", "Molla Nəsrəddin", "Xronika", "Həqiqət naminə", "Qərbi Azərbaycan naminə", "Bizim respubika", "Azərbaycan övladı", "Bakı press", "Gün", "Dövlət hüququ", "Naxçıvanın səsi", "Yeni olay", "Mayak", "Jurnalist P.S.", "İstintaq", "Açıq fikir", "Yeni Azərbaycan bələdiyyəsi", "Qulp", "Dövlər qanunları", "Həqiqət və reallıq", "Azərbaycan regionları", "7 gün", "Parlamentin sədası", "Nota", "Bizim lider", "Müfəttiş", "Xalq nəzarəti", "Qanun və gerçəklik", "Maliyyə nəzarəti", Doğma respublika", "Reallıq", "Media və qanun", "Press inform", "Korrupsiya və cəmiyyət", "Qanun və mühakimə", "Günəşli Azərbaycan", "Mühakimə", "Presedent", "İrəvan press", "İynə", "Gün xəbər" və "Son olay"
Qeyd edək ki, MŞ indiyədək açıqladığı siyahıya 71 nəşrin adını daxil etmişdi. İdarə heyətinin sonuncu iclasının qərarından sonra isə siyahıya daha 9 nəşrin adı əlavə olunub. Bundan başqa, iclasda daha iki nəşrə xəbərdarlıq edilib.
Onu da əlavə edək ki, əvvəlki siyahılardan fərqli olaraq, MŞ bu dəfə “reket” elan etdiyi nəşrlərin baş redaktorlarının və təsisçilərinin də adlarını göstərib.