Fontu böyüt:
Məzahir Pənahov və Rabitə və İnformasiya Texnologiya Naziri Əli Abbasov parlament seçkilərində veb-kameraların Texniki Baxış Mərkəzinə baxış keçiriblər.
Adıçəkilən şəxslər mərkəzin iş rejimi ilə tanış olub, kameraların işini test ediblər. MSK sədri M. Pənahov bildirib ki, seçkilər üzrə respublika ərazisində 125 DSK və 5177 seçki məntəqəsində keçiriləcək. O ölkə üzrə məntəqələrin 10 faizində veb-kameraların quraşdırıldığını deyib.
Nazir Ə. Abbasov isə seçki günü 500 seçki məntəqəsində səsvermə görüntülərinin internet vasitəsi ilə dünyada izlənməsinin mühüm və əhəmiyyətli addım olduğunu deyib. Onun sözlərinə görə, veb-kameralar Bakı şəhərinin 11 rayonunu, respublikanın 37 bölgəsini, Naxçıvan Muxtar respublikasının 8 rayonunu əhatə edir. O, Texniki Baxış Mərkəzində 500 veb-kameranın işinə eyni zamanda nəzarət etməyə imkan verən monitorlar quraşdırıldığını qeyd edib.