Fontu böyüt:
Microsoft Google şirkətinin Bing axtarış sistemi ilə bağlı ittihamına sərt cavab verıb, bu ittihamla razılaşmadığını bildirib.
Şirkətin vitse-prezidenti Yusuf Mehdi bu məsələyə münasibət bildirərək qeyd edib ki, Bing axtarış sisteminin təkmilləşməsində dünyanın ən intellektual insanları çalışır. O, rəqiblərin plagiatda ittihamlarını sadəcə həqarət adlandırıb.
Qeyd edək ki, Yusuf Mehdinin fikrincə, Google şirkəti eksperiment apardıqda məqsədi Bing-in axtarış nəticələrini manipulyasiya etmək olub. O, bu taktikanı spamerlərin dələduzluq məqsədilə istifadə etdikləri fırıldaqlara bənzədib. Xatırladaq ki, bu günlərdə Google Microsoft şirkətini plagiatda günahlandırıb. Bing-i Google axtarış sisteminin “ucuz” bənzətməsi adlandırıb.