İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell Xəzər Universitetində “E-learning” otağı yaradıb

27.12.2011 [10:36]

Fontu böyüt:      

Bu mərkəzin köməyilə tələbələr təhsildə informasiya texnologiyalarının istifadəsindən yararlanacaqlar
Azercell şirkətinin dəstəyi ilə Xəzər Universitetində Azercell “E-learning” (Elektron öyrənmə) Otağı yaradılıb.

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan bu otaq müasir proqram təminatı olan 26 kompüterlə təchiz edilib. Mərkəzin köməyilə Xəzər Universitetini tələbələri elektron təhsilin verdiyi üstünlüklərdən yararlana biləcəklər. Azercell “E-learning” otağı tələbələrin biliklərinin artırılmasını təmin etmək məqsədilə geniş funksiyalarla təchiz edilib. Artıq burada keçiriləcək dərslərin və imtahanların qrafiki tərtib edilib. “E-learning” mərkəzində əsasən İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçiriləcək.

Tədbirin açılışında çıxış edən Azercell şirkətinin prezidenti cənab Ali Ağan Xəzər Universitetinin tələbələrini onların təhsil sistemində çox əhəmiyyətli olan bu layihədə iştirak etmələri münasibətilə təbrik etdi və son illərdə informaiya kommunikasiya texnologiyalarının öyrənmə metodikasının sürətli inkişafına şərait yaratdığını bildirdi: “Mən çox sevinirəm ki, gənc nəsil bu gün ən son texnoloji yeniliklərdən faydlana və onları uğurla öz təhsilində tətbiq edə bilir. Azercell isə daim ölkənin gələcəyi olan gənclərin maariflənməsi istiqamətində öz dəstəyini göstərib və bu fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir. ”

“E-Learning”artıq effektivliyi sübut edilmiş yeni təhsil texnologiyalarından biridir. Təhsilin yeni fəlsəfəsi kimi qəbul edilən “elektron öyrənmə” yeni texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədris formasıdır. Bu zaman biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün elektron kommunikasiya vasitələrindən aktiv istifadə edilir. “E-learning” ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.

Xəzər Universiteti 2009-cu ildən etibarən “Moodle” (Module Object-Oriented Dynamic Learning Environment – Fənnlərə İstiqamətlənmiş Dinamik Öyrənmə Mühiti) əsaslanan qarışıq təhsil kursları təşkil edir. Burada ənənəvi və internet əsaslı tədris həyata keçirilir. Bu zaman tələbələr fənnin tədrisində istifadə edilən bütün materialları – kursun tədris planı, tövsiyə olunan oxu materialları, həftəlik tapşırıqlar və testləri sistem vasitəsilə əldə edirlər. Vacib tədbirlər haqqında tələbələri əvvəlcədən məlumatlandırmaq üçün elektron elanlar lövhəsindən istifadə olunur. Bundan başqa, Xəzər Universiteti qarışıq təhsil sistemindən müntəzəm keçirilən dərslər və biznes təlimləri üçün istifadə edir.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar