Fontu böyüt:
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin (bundan sonra – şəxsiyyət
vəsiqəsi) tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə
elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
1.1. şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi
mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə
təchiz olunmasını;
1.2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin (bundan sonra – İAMAS) şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsini;
1.3. şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə
bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq infrastrukturun
yaradılmasını;
1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə, şəxsiyyət vəsiqəsi
ilə ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün dövlət sərhədinin
nəzarət-buraxılış məntəqələrinin proqram-texniki vasitələrinin təkmilləşdirilməsini;
1.5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, şəxsiyyət vəsiqələrinin
verilməsi və dəyişdirilməsi üçün "ASAN xidmət" mərkəzlərində və əhaliyə
səyyar xidmət göstərən nəqliyyat vasitələrində müvafiq proqram-texniki vasitələrin
təchizatını və quraşdırılmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
2.1. yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını
və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron
daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında
vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət
vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini;
2.2. şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə
ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi
ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın ki, şəxsiyyət
vəsiqəsinin verilməsi (dəyişdirilməsi) haqqında vətəndaşın ərizə-anketindəki məlumatların
real vaxt rejimində yoxlanılması və nəticələrinin İAMAS-a təqdim olunması məqsədi
ilə müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etsinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi
üçün müvafiq informasiya sistemlərinin təkmilləşdirilməsini, avadanlığın gücləndirilməsini
və zəruri infrastrukturun yaradılmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
bu Sərəncamın, müvafiq olaraq,
1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin şəxsiyyət vəsiqələrinin
hazırlanması məqsədi ilə görülən tədbirlərlə bərabər aparılmasını və 2015-ci il
dekabrın 1-dək başa çatdırılmasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamın
5-ci hissəsinə uyğun olaraq şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqi məqsədi
ilə görülən tədbirlərin əlaqələndirilməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron
daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar
sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının
daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə
təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
7.2. bu Sərəncamın 1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin 2015-ci il
dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət
orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin
etsin;
7.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il.