Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Startup Azərbaycan” layihəsi çərçivəsində developerlərin, proqramçıların, İT mütəxəssislərin və ekspertlərin toplantısı keçirilib.
Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Startup Azərbaycan” layihəsi çərçivəsində developerlərin, proqramçıların, İT mütəxəssislərin və ekspertlərin toplantısı keçirilib.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz, TK üzvü Ülvi Aslanov toplantı iştirakçılarına Startup Azərbaycan Layihəsi haqqında geniş məlumat veriblər.
Toplantı iştirakçıları Startup Azərbaycan Müsabiqəsinin Qaydaları, Startup Azərbaycan çərçivəsində həyata keçiriləcək digər tədbirlər, qarşıdakı Startup Weekend tədbirləri və startupçılar üçün keçiriləcək Təlimlərlə bağlı məlumatlar əldə ediblər.
Startup Azərbaycan tədbirlərinin İyun ayının sonlarında keçirilməsi nəzərdə tutulan Təqdimat mərasimi ilə yekunlaşacağı bildirilib.
Sonda toplantı iştirakçılarının maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az
Startup Azərbaycan SUMQAYIT Toplantısının foto materialları:
https://www.facebook.com/startupazerbaijan