Fontu böyüt:
Nokia korporasiyanın Mobile Solutions bölməsinin başçısı, bu vəzifəyə bir qədər əvvəl təyin edilmiş Anssi Vanyoki fin şirkətinin hazırkı vəziyyəti, eləcə də qarşıda gözlənilən dəyişikliklər barədə öz fikirləri ilə bölüşüb.
A. Vanyoki qeyd edib ki, o Nokia-nın keçmiş yüksək funksionallıqlı qurğuların lider istehsalçısı mövqelərini yenidən bərpa etməyə dair öhdəlikləri öz üzərinə götürüb. “Bu elə də asan məsələ deyil”, - deyə yeni menecer etiraf edib və eyni zamanda şirkətin rəqabətə davamlı qurğular buraxmaq üçün həm lazımi bazası, həm də yüksəkixtisaslı mütəxəssislərinin olduğunu bildirib.
Şirkətin gələcək planlarını A. Vanyoki Symbian və MeeGo platformaları ilə bağlayır. Onun sözlərinə görə, bu platformalar, şirkətin smartfon və mobil telefonları üçün ən yaxşı sistemlərdir.
Top-menecer həmçinin yeni dəyişikliklərin Nokia-ya, ona pərəstiş edən istifadəçilərin inamını və dəstəyini geri qaytaracağına ümid etdiyini bildirib