Fontu böyüt:
Azərbaycanın məlumat-axtarış sistemi YUMROO öz bloqosferinin istifadəçiləri üçün müsabiqə elan edir. 2009-cu il fevralın 1-dən başlayaraq, azərbaycan dilində fəaliyyət göstərən hər top 5-liyə daxil olan bloqqerdən biri hər ay YUMROO-dan 100 manat məbləğində mükafat alacaq.
İştirakın şərtləri:
Şifrə və loqin seçərək, YUMROO-da qeydiyyatdan keçmək. Bloqlar bölməsinə keçərək, şəxsi bloq yaratmaq. Bundan sonra istifadəçilər qeydlər yazaraq, digər istifadəçilərin bloqlarına şərhlər edə bilərlər. Qeydlər yalnız azərbaycan dilində edilməlidirlər.
Top 5-liyə necə düşmək olar?
Bloqqerin reytinqi şərhlərin sayına görə müəyyən edilir. Yalançı istifadəçilərin adı ilə şərhlər etmək və bloqa baxışların sayını çoxaltmaq qadağandır. Bloqqerlərin davranışları qeyri-səmimi olarsa, akkauntlar izahsız silinəcəklər. Bloqqerin reytinqinə Bloqlar bölməsinin əsas səhifəsində baxmaq olar.
Əlavə məlumat almaq üçün YUMROO şirkətinin müştəri xidmətləri şöbəsinə müraciət edin: [email protected]
Mətbuat xidməti ilə əlaqə saxlamaq üçün YUMROO şirkətinin içtimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərsiniz:
Теl: (+994 12) 492 20 00,
Faks: (+994 12) 492 20 41
[email protected]
www.yumroo.az
xeberler.az/Ellada