21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nokia Morph mobil telefonunun konsepti ən yaxşı dizayna görə Red Dot Design Award beynəlxalq mükafatına layiq görülüb. Ümumilikdə müsabiqədə 1906 namizəd iştirak edib ki, onların arasından 21 ən yaxşı konsept seçilib (Nokia Morph-da bu sırada idi). Bu barədə ITnews yazır. İlk dəfə ötən ilin qışında Müasir İncəsənət Muzeyində Design and The Elastic Mind sərgisi çərçivəsində nümayiş etdirilmiş Morph Nokia şirkətinin İşləmələr mərkəzi və Kembric Nanoelmlər Mərkəzinin birgə məhsuludur.
Nokia-da qeyd edirlər ki, Morph mobil kommunikasiyaların yeni formaları üçün tam yeni nəsil mobil qurğuların yaradılması imkanını nümayiş etdirib.
Morph-un əsasını aparatın bütün üz səthini örtən elastik rəngli sensor displey təşkil edir. Telefonun korpusu isə elastik şəffaf plastikdən hazırlanıb. Lakin telefonun əsas özəlliyi və tərtibatçıların sirri, Morph-un içərisinin də tam şəffaf olmasıdır. Nokia şirkətinin və Nanoscience Center-in mütəxəsisslərinin bu nəticəni necə əldə etmələri məlum deyil, lakin fakt, fakt olaraq qalır.
Morph-un elementlərinin yaxın 7 il ərzində mobil qurğularda tətbiq olunması ehtimal olunur.
Bundan əlavə gözlənilir ki, nanotexnologiyaların inkişafı istehsal xərclərini nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verəcək, bu zaman mobil qurğuların kompleks funksionallıqları qorunub saxlanacaq.
xeberler.az/Ellada