Fontu böyüt:
Kaspersky Lab, dünyanın qabaqcıl şirkətindən yaradılan “Ən Yaxşı 100 Proqram Şirkəti” siyahısına daxil olub. Gəlirlərini daha da artıran Kaspersky Lab, Google-dən sonra ən sürətli böyüyən ikinci şirkətdir.
Siyahı, müstəqil bir təşkilat olan “Top 100 Araşdırma Vəqfi” tərəfindən hazırlanmışdır. Siyahıda şirkətlərin 2008-ci il gəlir və proqram satış rəqəmləri əsas götürülüb.
Gəlirlər hesablanarkən, lisenziyalı satışlar, abunə sayı və müştəriyə dəstək xidmətləri nəzərə alınıb. Kaspersky Lab, “Ən Yaxşı 100 Proqram Şirkəti” siyahısında 76-cı sırada durur.
Şirkətin keçən ilki gəliri, 2007-ci ilə görə yüzdə 177 daha çoxdur. Bu da Kaspersky Lab-ı Google-dən sonra ən sürətli böyüyən ikinci şirkət sırasına salır.