Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə «Gənclər və informasiya-kommunikasiya texnologiyalarının imkanları» mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycanda İKT sahəsinin inkişafından, ölkədə bu sahəyə verilən diqqətdən, həyata keçirilən layihələrdən, gələcək perspektivlərdən söhbət açılıb.
Tədbirdə Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət, İKT-nin təhsildə tətbiqi barədə məruzələr oxunub. Tələbələrə yeni texnologiyaların sahibkarlığın inkişafında mühüm rolundan, hər bir sahədə İKT imkanlarından geniş istifadə etməyin mümkünlüyündən və səmərəliliyindən danışılıb. Dəyirmi masa zamanı tələbələr aktiv olaraq texnoloji yeniliklərə maraq göstəriblər, məruzələrə dair onları maraqlandırılan suallar səsləndiriblər, İT sahəsinə dair fikir mübadiləsi aparıblar.
«Bu cür tədbirlər maarifləndirmə xasiyyəti daşıyır və nəticədə Azərbaycanı İKT baxımından qabaqcıl ölkələr sırasına daxil etmək məqsədi ilə keçirilir», - deyə nazirlikdən bildirilib.