Fontu böyüt:
Rumınya polisi Pentaqonun rəsmi internet səhifəsini dağıtmaqda şübhəli bilinən xakeri həbs edib.Bu internet məkanında “Wolfenstein” ləqəbi ilə tanınan 23 yaşlı tələbə Eduard Lucian Mandru olub.
Eduard 2006-cı ildə Pentaqonun rəsmi internet resursuna xaker hücumunda təqsirli bilinir. Həmin vaxt Eduard,həmçinin Amerikanın hərbi serverlərini troyan hücumuna məruz qoymuşdu.Bütün bu əməliyyatları isə xaker Yaponiayda yerləşən server vasitəsilə həyata keçirib.
Polis Eduard Lucian Mandrunu iş elanlarının birinə əlaqə vasitəsi kimi qeyd etdiyi [email protected] e-mail ünvanı ilə tapıb.
Qeyd edək ki, Eduardın Amerikanın dövlət orqanlarına vurduğu ziyanın hələ ki, 35 min dollar civarında olduğu bilidirilir.Lakin istintaqın gedişindən asılı olaraq bu məbləğ daha da artıq ola bilər. Eduardı törətdiyi kibercinayət əməllərinə görə maksimum 12 il həbs cəzası gözləyir.